x
Loading...
.

Masallıda "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" mövzusunda tədbir keçirilib

Masallıda "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" mövzusunda tədbir keçirilib
14:22 6 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyunun 3-də Masallı  şəhərində "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" mövzusunda seminar keçirib. "Cənub kitab evi"nin konfrans zalında keçirilən tədbirə Cənub bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar.

MİTD İB Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" mövzusunda konfrans və seminarların təşkili" layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən bu tədbirə ciddi zərurət var: "Uşaqlar haqqında xəbər yaymağın beynəlxalq standartları var. Təəssüf ki, xəbər istehsalçılarının "yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar"a yanaşmaları problemlidir. Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının qanunu (11-ci maddə), ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu (11.5.3), "İnformasiya əldə etmək azadlığı haqqında" Azərbaycan Respublikasının qanunu (maddə 37), o cümlədən "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"  (3-cü prinsip) yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmanı, lazımi anda məhdudiyyətlər tətbiq edilməsini tələb etsə də, xəbər istehsalçılarının bu tələbləri ya bilgisizlikdən, ya da bilərəkdən pozmaları halları intensiv olaraq qalır. Cinayət hadisələrinin iştirakçısına, yaxud qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır,  cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri  barədə təsəvvür formalaşdırmaqdan ibarətdir".

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə çıxış edən ekspertlər yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını ehtiva edən qanunvericilik aktları barədə seminar iştirakçılarını məlumatlandırıblar.

Daha sonra çıxış edənlər - Regional İnkişaf və İnsan hüquqları İB-nın sədri Ələsgər Hüseynov, Masallı Rayon bələdiyyəsinin üzvü Azad Əhmədov, Ərkivan uşaq bağçasının tərbiyyəçisi Abbaslı Fidan, "Cənub xəbərləri"qəzetinin baş redaktoru Zahir Əmənov və digərləri "KİV və  uşaq hüquqları" mövzusunda  gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR