Konqresmen Brad Şerman “Konqres 2017-ci ildə ABŞ prezidenti Donald Trampın vəzifəsindən kənarlaşdırılması ilə məşğul ola bilər”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda konqresmen Bred Şerman bildirib.

“Fikrimcə, Konqres bu il impiçmentlə məşğul olacaq”, - o deyib.

Daha əvvəl verilən xəbərə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasını Trampın impiçmenti proseduruna başlamağa çağıran Amerika şəhərlərinin bələdiyyələrinin sayı ona qədər artıb.

Ömər