"Çox ağrılarım olur".

Bu sözləri xalq artisti Rafiq Hüseynov səhhəti haqda Metbuat.az-a danışarkən deyib. O, səhhətinin daha yaxşı olduğunu bildirib:

“Elə xəstəlikdir ki, istər-istəməz ağrılarım çox olur. Amma müalicəmi alıram. İndi əvvələ baxanda normalam”.

Qeyd edək ki, Rafiq Hüseynov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

Dilarə Zamanova / Metbuat.az