Müğənni-aktrisa Hülya Avşar qızı Zəhra Çilingiroğlunun siqaret çəkərkən lentə alınmış görüntülərinə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi verilişindən əvvəl açıqlamasında bunları deyib:
"Mən onsuz da siqaretdən nifrət edirəm. Üstəlik, siqareti qızım çəkir, inana bilmirəm! Heç sevmədiyim, həmişə təəssüf ediyim vəziyyətdir...".
Xatırladaq ki, Hülyanın Qaya Çilingiroğlu ilə nikahından olan Zəhra anasının qadağasına baxmayaraq, kafelərdən birində rəfiqələri ilə siqaret çəkərkən görüntülənmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində