"Report" "Sky News"a istinadən xəbər verir ki, iclas zamanı DBP nümayəndələri bütün Birləşmiş Krallıq naminə hərəkət edəcəklərini açıqlayıblar.
Qeyd edək ki, daha əvvəl T.Mey DBP-yə koalisiya hökuməti qurmaq təklifi ilə müraciət edib.
İndi Birləşmiş Krallığı "asılı" parlament gözləyir, başqa sözlə, heç bir partiya 650 mandatlıq parlamentdə çoxluq (326 mandat) əldə edə bilməyib.