“Report”un məlumatına görə, bunu futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan millisini qonağı olacaq Şimali İrlandiya yığma komandasının baş məşqçisi Maykl O`Nil oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
Britaniyalı mütəxəssis braziliyalı Riçard Almeydanın Azərbaycan yığmasında mümkünü debütünə də toxunub: "Onun klubdakı oyununu görmüşəm. Yaxşı futbolçudur. Lakin bizim oyunçular da İngiltərə Premyer Liqasında çıxış edirlər".
M.O'Nil bildirib ki, Bakıdakı hava şəraiti onların çıxışına təsir göstərməyəcək: "Hava şəraiti yaxşıdır. Türkiyədəki iqlim bura uyğun idi, orada hazırlıq keçdik. Ölkəmizdə də pis deyildi. Düşünürəm ki, hava şəraiti çıxışımıza mane olmayacaq. Belfastda 4:0 hesabı ilə qalib gəldik. Düzgün taktika seçmişdik. Burada yaxşı oynamağa çalışacağıq".
Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.