Almaniyanın Münhen şəhərindəki "Unterföhring" dəmiryol vağzalında səhər saatlarında silahlı atışma olub.
Metbuat.az xəbər verir ki, hadisə nəticəsində biri qadın polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb. Polis əməkdaşı başından xəsarət alıb.
Hadisənin 37 yaşlı Almaniya vətəndaşı tərəfindən törədildiyi deyilir. O, artıq həbs olunub.
Aytən Novruzova / Metbuat.az