Cənubi Koreya 2030-cu ildə keçiriləcək futbol üzrə Dünya KubokunaŞimali Koreya ilə birlikdə ev sahibliyi etmək üçün FİFA-ya (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) təklif göndərib.

Metbuat.az xəbər verir ki, Cənubi Koreyanın dövlət başçısı Mun Je-in, “Düşünürəm ki, bu addım barışıq üçün yararlı olacaq” deyə bildirib.

FİFA rəhbəri Gianni İnfantino Cənubi Koreya liderinin fikrinə hörmətlə yanaşdığını deyib.

Aytən Novruzova / Metbuat.az