Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə səfər edib.
Metbuat.az xəbər verir ki, nazir görüş zamanı Qətərlə bir neçə ərəb ölkələri arasında yaranan böhranın dialoq və sülh yolu ilə həllinin mümkünlüyünü bildirib.
Qeyd edək ki, Çavuşoğlu Qətərdən sonra Küveyt və Səudiyyə Ərəbistanına səfər edəcək.
Aytən Novruzova / Metbuat.az