Egey dənizinin Türkiyə sahilində 4,5 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 06.40-da olub.

Zəlzələnin episentri İzmirin Karaburun rayonunda, ocağı isə 11,88 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Aytən Novruzova / Metbuat.az