Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin iyun ayının 22-də saat 11ºº-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində ( Nizami Gəncəvi prospekti, 535 ) Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək.
Metbuat.az xəbər verir ki, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
| Sıra №-si | Şəhər (rayon) | əlaqələndirici şəxs | əlaqə telefonu |
| 1. | Gəncə şəhəri | Sənan Hacıyev | (0-22) 266-29-48 (050) 264-11-88 |
| 2. | Naftalan rayonu | Zöhrab Adıgözəlov | (0-2235) 2-30-56 (055) 330-29-23 |
| 3. | Goranboy rayonu | Gündüz Hacıyev | (02224) 5-31-26 (050) 364-94-26 |
| 4. | Samux rayonu | Bəxtiyar Muradov | (0-22) 266-29-51 (050) 534-33-61 |
| 5. | Xocalı rayonu | ||
| 6. | Kəlbəcər rayonu | Hacı Əmrahov | (0-22) 267-50-16 (050) 441-84-82 |
Aytən Novruzova / Metbuat.az