Bakı. Elmira Tariverdiyeva - Trend:
Bu gün dünya siyasəti müəyyən çalxalanma yaşayır və bu, hamıya təsir edir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, hazırda Bakı və Moskva arasında müxtəlif sahələrdə - hərbi sahədən turizm və kənd təsərrüfatı sahələrinədək – münasibətlərin möhkəmləndirilməsi davam edir.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ məsələsi də ikitərəfli münasibətlərdə çox vacib yer tutur.
S.Markov vurğulayıb ki, Rusiya bu prosesdə vasitəçi kimi çox fəaldır və bu məsələdə Kremlin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə fikir ayrılıqları mövcud deyil.
Xəbər yenilənir