"Qalatasaray" braziliyalı müdafiəçinin transferini həll etdi

"Qalatasaray" braziliyalı müdafiəçinin transferini həll etdi
15:27 21 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" yay fasiləsində növbəti transferini reallaşdırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sarı qırmızılar" mərkəz müdafiəçisi Maykonu heyətə qatıb. Braziliyalı futbolçunun çıxış etdiyi "Sao Paulo" klubuna 7 milyon avro birbaşa, 1 milyon isə bonus ödənəcək. "Qalatasaray" məbləğin yarısını dərhal, qalan hissəsini isə 2018-ci ilin avqust ayına kimi Braziliya klubunun hesabına köçürəcək. Maykonun illik məvacibi isə 2.6 milyon avro olacaq. Onun növbəti mövsüm 25 oyunda meydana çıxması "Sao Paulo"ya 250 min, 50 görüşdə oynaması isə daha 250 min qazandıracaq. Transferin rəsmən yaxın günlərdə elan olunması gözlənilir. İstanbulda tibbi müayinədən keçən futbolçu ictimaiyyətə təqdim olunacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR