İŞİD silahlıları məscidi partlatdı

İŞİD silahlıları məscidi partlatdı
00:18 22 İyun 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD silahlıları İraqın Mosul şəhərinin əsas məscidi “Ən-Nuri”ni partladıblar.

Publika.az xəbər verir ki, bu barədə İraq hərbçiləri məlumat verib.

2014-cü ilin iyulunda “Ən-Nuri” məscidində çıxış edən İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi.

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR