Konfederasiyalar Kuboku: Yeni Zelandiya qrupda qalıb, Rusiya üçüncü pilləyə düşüb

Konfederasiyalar Kuboku: Yeni Zelandiya qrupda qalıb, Rusiya üçüncü pilləyə düşüb
00:27 22 İyun 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyada davam edən Konfederasiyalar Kubokunda II turun növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə, "A" qrupunda meydan sahiblərinin sonuncu Avropa çempionu Portuqaliyaya məğlubiyyətindən sonra, qrupun digər qarşılaşmasında Yeni Zelandiya Meksikaya 1:2 hesabı ilə uduzub.
Bununla da Yeni Zelandiya ilk 2 görüşdə uduzduğu üçün qrupda qalıb. Meksika və Portuqaliya hərəyə 4 xalla şərikli liderliyə yüksəlib. Rusiya isə 3 xalla sonuncu pilləyə enib.
İyunun 24-də keçiriləcək son turda Rusiya Meksikaya qalib gələ bilməsə, qrupda qalacaq. Portuqaliya isə Yeni Zelandiyaya qalib gəlməlidir ki, yarımfinala qrup lideri kimi adlasın.
Konfederasiyalar Kuboku
A qrupu, II tur
19:00. Rusiya – Portuqaliya - 0:1
Qol: Kriştianu Ronaldu, 8
Baş hakim: Canluka Rokki (İtaliya)
Moskva. "Spartak" stadionu
22:00. Meksika – Yeni Zelandiya - 2:1
Qollar: Raul Ximenes, 54. Oribe Peralta, 72 - Kris Vud, 42
Baş hakim: Bakari Qassama (Qambiya)
Soçi. "Fişt" stadionu
Xal durumu: Meksika – 4, Portuqaliya - 4, Rusiya – 3, Yeni Zelandiya – 0.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR