Play Store

Elektron viza müraciətlərinə 3 saat ərzində baxılacaq - FƏRMAN

Elektron viza müraciətlərinə 3 saat ərzində baxılacaq - FƏRMAN
00:54 22 İyun 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN Viza” sisteminin idarə edilməsi, inkişafı və təkmilləşdirilməsinin özünümaliyyələşdirmə mexanizmi çərçivəsində həyata keçirilməsi məqsədilə həmin sistemin dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) prinsipi əsasında fəaliyyətini təmin etmək, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətlərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılmasını təmin etmək,  Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi üçün zəruri vizaların “ASAN Viza” sistemi (“ASAN Viza 2.0”) vasitəsilə alınmasını təmin etmək üçün təkliflər vermək,  “ASAN Viza” sistemində bu fərmanda nəzərdə tutulan dəyişikliklərin aparılmasını təmin etmək tapşırılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR