Paytaxtda mikroavtobus yandı

Ötən gecə paytaxtda “Mercedes” markalı mikroavtobus, Xaçmaz rayonunda isə “MAN” markalı yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda “Mercedes” markalı mikroavtobusun salonunda idarəetmə lövhəsi yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun 4-cü kilometrliyində isə vətəndaşa məxsus “MAN” markalı yük avtomobilinin kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR