Qadınlardan ibarət oğru dəstənin üzvlərinə hökm oxunub

Qadınlardan ibarət oğru dəstənin üzvlərinə hökm oxunub
13:36 22 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülşən Bəkirova, Zoya Nadirova və Xalidə Bəkirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Bəkirova 8 il, X.Bəkirova 8 il 6 ay müddətinda azadlıqdan məhrum ediliblər, Z.Nadirova isə 3000 min manat məbləğində cərimə edilib.

İttihama görə, 2016-cı il-də Yaşar Feyzullayevə məxsus evdən 220 manat pul və qızıl əşya oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gülşən Bəkirova Binəqədi rayon Polis İdarəsdi əməkdaşları tərəfindən tutulub, digər 2 nəfər isə müəyyən edilib. Aparılmış əməliyyat tədbirləri ilə onların mayın 10-da Səyyarə Əliyevaya məxsus evdən 270 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR