"İnter"in yarımmüdafiəçisi Ever Baneqa yenidən "Sevilya"nın şərəfini qoruyacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı havbek Əndəlus klubuna 9 milyon avroya başa gələ bilər. Argentinalı futbolçu ötən yay klubu azad agent kimi tərk etmişdi.

Baneqa A Seriyasında çıxdığı 28 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onunla "Espanyol" da maraqlanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində