Nigar Camal DYP rəhbərliyi ilə görüşdü - AÇIQLAMA

Azərbaycanlı müğənni Nigar Camal ilə yol polisi arasında yaşanan gərginlik sona çatıb.

Bu barədə Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, müğənni ilə rəhbərlik səviyyəsində görüş keçirilib:

“Xanım bizimlə görüşəndən sonra belə qənaətə gəldi ki, hər şey qaydasında imiş. Çünki xaricdə yaşayan xanım xarici dövlət yol polislərində olan texnikanın bizdə olmasını ehtimal etmirdi. Özü bununla bağlı mediaya məlumat verəcək”.

Qeyd edək ki, Nigar Camal ilə DYP arasında arasında yaşanan gərginliyə səbəb müğənninin sosial hesabında yazdığı status olub.

(RƏSMİ AÇIQLAMA: Nigar Camal həbs edilə bilər? - DYP araşdırma aparır)

Xəyalə Məmmədova / METBUAT.AZ


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR