Xəstəliklərlə mübarizə aparan rəngli qidalar

Xəstəliklərlə mübarizə aparan rəngli qidalar
21:42 22 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəng, qidanın pozulub pozulmadığını göstərir. Rəngli qidalar uşaqların olduğu qədər böyüklərin də diqqətini çəkir və bu yeməklər sağlamlıq üçün olduqca faydalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu tərəvəzlər və meyvələr ürək, şəkər, iflic və bəzi xərçəng xəstəliklərindən qoruduğu kimi, kökəlməkdən də qoruyur. Rəngli meyvələrdən qarpızın tünd çəhrayı rənginin mənbəyini karotenoid yaradır.
Likopen baxımından olduqca zəngin olan karotenoid bu sayədə xərçəng riskini xeyli azaldır. Xüsusilə bu hal ağciyər və mədə xərçəngi üçün daha təsirlidir.
 
Sarı rəngi limon, bir başqa mübariz rəngli meyvələrdəndir.
Tərkibindəki C vitamini ilə sağlamlığı dəstəkləyən limon, ürək xəstəliyi və xərçəng kimi xroniki xəstəliklərin riskini azaltmağa kömək edir.
 
Bundan başqa, limonun qabığı təbii bir antibakterial xüsusiyyətə sahibidir. Limonun tərkibindəki C vitamini, orqanizmin dəmiri mənimsəməsinə yardım edir.
Yaşıl meyvələr 9 dəfə daha çox K vitamini daşıyırlar. Bu vitamin, qanın laxtalanması üçün lazımdır. Bəzi araşdırmalar, K vitamininin yaşlılarda sümükləri güclü tutmağa köməkçi olduğunu göstərir. Sadəcə 36 kalori olan bu yaşıl meyvələr arıqlamağa da kömək edirlər.
Mavi rəngə sahib qaragilə isə daşıdığı polifenollar sayəsində mühərrik funksiyalarını qaydaya salır. Qadınlarda infarkt keçirmə riskini üçdə bir nisbətində azaldır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR