"Report" "Associated Press"ə istinadən xəbər verir ki, onlar Dohadan, xüsusilə İranla diplomatik münasibətləri kəsməyi və ölkə ərazisində mövcud olan Türkiyə bazasını bağlamağı gözləyirlər.
Qətər həm də, "Al-Jazeera" telekanalını bağlamalıdır.
Bundan əvvəl Küveytin 4 ərəb ölkəsinin tələbindən ibarət siyahını Qətərə təqdim etdiyi xəbər verilmişdi.
İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri pozub. Sonradan Komor adaları, Yəmən, Maldiv, Mavritaniya və Liviya da onlara qoşulub.