Ərəb ölkələrindən Qətərə İKİ TƏLƏB

Ərəb ölkələrindən Qətərə İKİ TƏLƏB
09:17 23 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Ərəb ölkələri Qətərə münasibətlərin normallaşdırılması üçün yerinə yetirməli olduğu tələblərin siyahısını təqdim ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, onlar Dohadan, xüsusilə İranla diplomatik münasibətləri kəsməyi və ölkə ərazisində mövcud olan Türkiyə bazasını bağlamağı gözləyirlər.
Qətər həm də, "Al-Jazeera" telekanalını bağlamalıdır.
Bundan əvvəl Küveytin 4 ərəb ölkəsinin tələbindən ibarət siyahını Qətərə təqdim etdiyi xəbər verilmişdi.
İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri pozub. Sonradan Komor adaları, Yəmən, Maldiv, Mavritaniya və Liviya da onlara qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR