"Barselona"dan gözlənilməz transfer

"Barselona"dan gözlənilməz transfer
10:07 23 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" ilə bağlı gözlənilməz transfer xəbəri yayılıb. Fanat.Az xəbər verir ki, Kataloniya klubunun Çinin "Quanqzu Everqrande" klubunda çıxış edən Paulinyonu transferi siyahısına saldığı iddia olunub.


Goal.com-un əldə etdiyi məlumata görə, "Barselona" artıq Çin klubu ilə danışıqlara başlayıb. Kataloniyalıların bu transferi reallaşdırmaqda istirar etdiyi bildirilir.


Qeyd edək ki, Avropa karyerasına Litvanın "Vilnius" klubunda başlayan Paulinyo 2013-cü ildə 20 milyon avroya transfer olunduğu "Tottenhem"dən Çin klubuna 14 milyon avroya keçib. O, "Quanqzu Everqrande"nin heyətində Çin çempionu olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotdan-gozlnilmz-transfer-t58858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR