Levis Hamilton: “Bakı qalib olmadığım yeganə Qran Pridir”

Levis Hamilton: “Bakı qalib olmadığım yeganə Qran Pridir”
10:38 23 İyun 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Monrealdakı qələbədən sonra “Mercedes”in təcrübəli pilotu Levis Hamilton bu həftəsonu Bakıda da yalnız qələbə haqqında düşünür. Formula 1-in ən təcrübəli və məşhur pilotlarından olan britaniyalı Bakı Qran Prisi və gələcək planları haqqında müsahibə verib.

Publika.az Hamiltonun müsahibəsini təqdim edir:

- Levis, “Ferrari” ilə adınız hallanır. Gələcək üçün komandanızı dəyişə bilərsiz?

- Bu anda belə bir düşüncəm yoxdur. Komandama necə bağlı olduğumu bilirsiz. Düzdür, Ferrarinin Formula 1 tarixində böyük uğurları var. Amma bu an başqa yerdə olmağı təsəvvür edə bilmirəm. Üstəlik, Ferrari ilə rəqib olmaqdan çox məmnunam.

- Ötən il sizin Bakı səfəriniz çox çətin oldu. Bu il haqqında düşüncələriniz nədir?

- Keçən il yarışdan sonra öz sürüşümün videotəkrarını izlədim. İndi bütün “tələlər”in harada olduğunu bilirəm. Əminəm ki, bu il ötən ilki səhvləri aradan qaldıracam. 12 ay əvvəllə müqayisədə bu il daha yaxşı hazırlaşmışam.

- Kanadada keçirilən son yarışda qalibiyyət nə dərəcədə vacib idi?

- Hesab edirəm ki, komanda üçün vacibdir, eyni zamanda mənim üçün də. Həm də bu, çempionatın ümumi mübarizəsinə təsir etdi. Komandamızın qələbəsindən qürur duyuram.

- Növbəti şampanı partlatdıqdan sonra gənc istedadlar üçün kənara çəkilmək barədə düşünürsünüz?

- Əvvəla, mən indi gənc bir pilot üçün mane olduğumu hiss etmirəm. Mən vaxtından əvvəl dayanmaq istəmirəm.

- Ümumiyyətlə karyeranızı bitirdikdən sonra nə ilə məşğul olmağı düşünürsüz?

- Mənimlə görüşmək istəyən insanlara vaxt ayıracam. Hədəfdə 100 kitab oxumaq, 100 film izləmək və əlavə bir dil öyrənmək var. Fransada yaşasam da, fransızca danışmıram. Pianoda ifa etməyi öyrənmək istəyirəm. Və əlbəttə ki, dadlı yeməklər bişirməyi.

- Monreal nəticəsini təkrarlamaq üçün təzyiq nə qədər böyükdür?

- Çətinlik hiss etmirəm, çünki artıq uzun müddətdir yarışıram. Təzyiq bu yarışın bir hissəsidir və mən təzyiqi sevirəm. Bunu izah etmək çətindir. Bu həftə sonu Bakıya qazanmaq üçün gəlmişəm. Hansı ki, Bakı bu günə qədər qalib olmadığım yeganə Qran Pridir.

- Komanda yoldaşınız Valteri Bottas “Mercedes”lə uzun müddətli müqavilə bağladı. Siz də yeni müqavilə haqqında düşünürsüz?

- Uzun müddətli hər zaman böyük bir müddətdir. Mən nə edəcəyimi bilmirəm. “Mercedes” ailəsində uzun müddətdir yerimi tutmuşam. Sanki bura bir ailədir və mən bu ailənin sürücüsüyəm.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/203675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR