Play Store

Bakıda Formula 2 yarışının sərbəst yürüşü start götürüb

Bakıda Formula 2 yarışının sərbəst yürüşü start götürüb
11:22 23 İyun 2017
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda Formula 2 yarışının 7-8-ci mərhələlələrinin sərbəst yürüşü start götürüb. “Report”un məlumatına görə, yarışa 21 pilot qatılıb. 
Hazırda Şarl Lekler (Monako, Prema Racing), Antonio Fuoko (İtaliya, Prema Racing), Luiz Deletraz (İsveçrə, Racing Engineering), Qustav Malya (İsveç, Racing Engineering), Luka Qiotto (İtaliya, RUSSIAN TIME), Artyom Markelov (Rusiya, RUSSIAN TIME), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix), Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Oliver Rouland (Böyük Britaniya, DAMS), Nikolas Latifi (Kanada, DAMS), Ralf Boşunq (İsveçrə, Campos Racing), Robert Visou (Rumıniya, Campos Racing), Sergio Sette Kamara (Braziliya, MP Motorsport), Cordan Kinq (Böyük Britaniya, MP Motorsport), Nabil Ceffri (Malayziya, Trident), Sergio Kanamasaz (İspaniya, Trident), Nik De Vries (Niderland, Rapax), Coni Sekotto (Venesuela, Rapax), Norman Nato (Fransa, Pertamina Arden) və Şon Gelael (İndoneziya, Pertamina Arden) qüvvələrini sınayır.
Qeyd edək ki, bu gün Formula 1 üzrə Azərbaycan Qran Prisi çərçivəsində saat 13:00 və 17:00-da olmaqla, iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş iyun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da başlayacaq. Qran Pirinin həlledici mərhələsi isə iyunun 25-də saat 17:00-da start götürəcək. Yarışda iştirak edən 10 komandın ümumilkdə 20 üzvü Hökümət Evi qarşısından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/bakida-formula-2-yarisinin-serbest-yurusu-start-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR