"Böyük Britaniyada ev əldə edən Aİ vətəndaşlarını əmin etmək istəyirəm ki, heç kim getməyə məcbur olmayacaq", - T.Mey Brüsseldə Avropa Şurasının plenar iclasında iştirak etmək üçün Belçika paytaxtına gəlişi zamanı jurnalistlərə deyib.
T.Meyin sözlərinə görə, daha ətraflı təklif Britaniya hökuməti tərəfindən iyunun 26-da müəyyənləşdiriləcək.
Qeyd edək ki, daha əvvəl baş nazirin belə vətəndaşların hüquqlarının Aİ məhkəməsində baxılmasını təklif edən Brüsselin planlarını rədd etdiyi xəbəri yayılmışdı.
Xatırladaq ki, 2016-cı il iyunun 23-də Böyük Britaniyada Aİ-dən çıxış məsələsi üzrə referendum keçirilib. Britaniyalıların 52%-i ölkənin İttifaqdan çıxmasının lehinə, 48% isə əleyhinə səs verib. Bundan bir gün sonra Britaniyanın baş naziri Devid Kemeron referendumun nəticələrinə görə istefaya getdiyini bildirib. 13 iyul 2016-cı il tarixindən isə Britaniya hökumətinə Tereza Mey rəhbərlik edir.