'Hərənin öz biznesi var. Toylar yoxdur deyə mahnı yazdırmayaq, klip çəkdirməyək?!"
Bu sözləri müğənni Elvin Abdullayev şəxsi biznesi haqda Metbuat.az--a danışarkən deyib:
“İki ildir ki, şou-biznesdə durğunluqdur. Gözləyirik ki, bunun aqibəti necə olacaq. Çoxları toyun olmaması ilə əlaqələndirir. Amma sənətçi tək toydan qazanmır ki... Hərənin öz biznesi var. Toylar yoxdur deyə mahnı yazdırmayaq, klip çəkdirməyək?! Onda şou-biznes gərək batsın. Buna imkan verməmək üçün hamı işləməlidir. Düzdür, razıyam ki, buna maddiyat səbəb olub. Gəlir az olanda çalışmaq həvəsi azalır. Səbr edək, düzələcək. Şou-biznesimiz bir mafiyadır. Burada ad qazanmaq, gündəmdə qalmaq üçün çalışmaq lazımdır".
Elvin Almaniyada milyonçunun qızının toyuna gedəcək
Dilarə Zamanova