Türkiyənin maliyyə naziri Naci Ağbal “Mavi Mərmərə” hadisəsində vəfat edənlərin ailələrinə təzminat ödənildiyini bildirib.

Metbuat.az xəbər verir ki, İsrailin “Mavi Mərmərə” də vəfat edən Türkiyə vətəndaşlarının ailələri üçün ayırdığı 20 milyon dolların həmin ailələrə verilməməsi ortaya çıxmışdı. Maliyyə Nazirliyinin apardığı işlər nəticəsində hadisədə vəfat etmiş ailələr artıq pulla təmin olunub.

Qeyd edək ki, 2010-cu ilin 31 mayında İsrail əsgərlərinin Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə gəmisi”nə təşkil etdiyi hücum nəticəsində 9 türk öldürülmüşdü.

Yəhudilərin bilmədiyiniz XÜSUSİYYƏTLƏRİ: onların daim əməl etdiyi 3 MƏQAM - FOTO

Aytən Novruzova / Metbuat.az