“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Xudat şəhəri, Müqtədir qəsəbəsində olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması məsələsi daxildir.
Xatırladaq ki, “Хudat Balıq” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 38 806 manatdır.