ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə görüşüb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, "Ağ ev"də keçirilən mətbuat konfransı zamanı qlobal terrorla mübarizə, eləcə də iqtisadi məsələlər ön plana çıxıb.

Tramp Hindistanın baş nazirini qəbul etməkdən məmnum olduğunu, bu görüşün iki ölkə arasındakı münasibətləri daha irəliyə aparacağını vurğulayıb.

Çıxışı zamanı Əfqanistanda davam edən terrorla mübarizə məsələsinə toxunan ABŞ prezidenti, ölkədə sabitlik yaratmaq üçün Modi ilə birlikdə çalışdığını qeyd edib.

Xəyalə Məmmədova / METBUAT.AZ