"Bakıelektrikşəbəkə"də ixtisar yoxdur - MÜNASİBƏT

"Bakıelektrikşəbəkə"də ixtisar yoxdur - MÜNASİBƏT
14:24 8 Yanvar 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

“Bakıelektrikşəbəkə” ASC adıçəkilən qurumda çalışan 900 nəfərin ixtisara salınması ilə bağlı məsələyə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: ““Bakıelektrikşəbəkə”də heç bir ixtisar aparılmır”.

Mətbuat katibi onu da vurğulayıb ki, Şirkətin idarələrində çalışan işçilərin gələcəkdə də ixtisarı nəzərdə tutulmur: “Bu barədə söhbət gedə bilməz”- deyə, T. Mustafayev əlavə edib.

 

Qeyd edək ki, bəzi informasiya agentliklərində yayılan məlumatlarda qeyd olunur ki, “Bakıelektrikşəbəkə”nin900 işçisi ixtisar edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR