ABŞ hökuməti Kəşmirdə Pakistana məxsus ən önəmli silahlı dəstələrdən olan "Hizbul Mücahid"in lideri Seyyid Səlahaddini terrorçular siyahısına əlavə edib.
Metbuat.az bildirir ki, Trampın Hindistanın baş naziri Modi ilə görüşməsinin ardından bu qərarın verilməsi diqqət çəkib.
Siyasi mütəxəssislərin fikrincə, Tramp administrasiyası bu yolla Pakistanı şantaj edir.
Qeyd edək ki, Pakistan təməlli silahlı qruplar Kəşmir bölgəsində Hindistan hökumətinin qurulmasının qarşısını alan əsas dəstələrdir.