23 yaşlı fotoqraf Sujatro Qohş Hindistanda təcavüzə məruz qalan və alçaldılan qadınların hüquqlarını bərpa etmək məqsədilə aksiya həyata keçirib. O, ölkəsində inəklərə qadınlardan daha yaxşı münasibət bəsləndiyini deyib.

Publika.az xəbər verir ki, fotoqraf qadınlara qarşı şiddətin aradan qaldırılması üçün lazımi orqanlara müraciət etdiyini bildirib: "Ölkəmdə, Dehlidə hər 15 dəqiqədən bir bir qadın təcavüzə uğrayır. Mən inəklərin qadınlardan daha əhəmiyyətli olduğu ölkədə yaşayıram".

Qohş aksiya çərçivəsində Nyu-Yorkdan aldığı inək maskasını Hindistana gətirib və bu inək maskasını geyinən qadınların şəklini çəkib. Fotoşəkillər əhəmiyyətli turist mərkəzlərinin, dövlət binalarının qarşısında, tarixi binaların qarşısında lentə alınıb.

Fotoqrafın layihəsi qısa zamanda çoxsayda insanın marağına səbəb olub. Layihəyə dünyanın dörd bir yanından qoşulan qadınlar sona qədər Qohşa dəstək olacaqlarını deyiblər.

Lakin bunun əksinə Hindistanda onu qınayanlar da az olmayıb. Bəzi vətəndaşlar bu aksiya ilə bağlı polisə şikayət ünvanlayaraq belə deyib: "Qohşu həbs edin, əks halda biz onu öldürəcəyik. O, bizim müqəddəs dəyərlərimizi təhqir edir".

Qeyd edək ki, son iki ildə Hindistanda 10 nəfər inək əti yediyi üçün öldürülüb. Habelə bir çox vətəndaş soyuducuda inək əti saxladığı üçün vəhşicəsinə döyülüb. Məhz

Könül Cəfərli