“İstəyən
hər bir Azərbaycan vətəndaşı Azərbaycan Yazıçılar Birliyinə üzv ola bilər”.
Bu
sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza əməkdar artist
Elza Seyidcahanın AYB-ə üzv olmaq istəməsi haqda Metbuat.az-a danışarkən deyib:
“Azərbaycan Yazıçılar Birliyi könüllü bir qurumdur. Hər bir Azərbaycan vətəndaşı Qəbul komisiyasına müraciət edə bilər. Amma bunun üçün əvvəlcədən iki kitabı yayımlanmalı və “Ulduz”, ”Azərbaycan”kimi jurnallarda yazıları mütamadi olaraq dərc edilməlidir. Əgər bunların hamısı yerində olarsa, o zaman həmin müraciət edən şəxs AYB-ə üzv ola bilər. Həmçinin, də Elza Seyidcahan”.
Dilarə
Zamanova