Heyvanlar hələ qədim zamanlardan insanların bir çox problemlərində onlara yardımçı olub.

Metbuat.az insanların həyatını xilas edən 10 qəhrəman heyvanı təqdim edir:

- Göyərçin Çer Ami

Radio ixtira edilənədək göyərçinlər hərbçilər tərəfindən ən yaxşı əlaqə vasitəsi kimi istifadə olunub. Həmin göyərçinlərdən olan Çer Ami sinəsi və ayaqlarından vurulmasına baxmayaraq, məktubu lazımi ünvana çatdıra bilmişdi. 1919-cu ildə 194 əsgərin həyatını xilas edən Çer Amiyə medal verilib, təkayaqlı heykəli qoyulub.

- Hər şeyə maraq göstərən pişik Viki

Viki təbii qaz sızmasından xəbərsiz olan sahiblərini cırmaqlayaraq yuxudan oyatmaqla, onların həyatla vidalaşmasının qarşısını ala bilib.

- Doberman Kan

Kan evə gəldikdən 4 gün sonra 1,5 yaşlı Şarlotu ilanın hücumundan qoruyaraq, həyatını xilas edib. İlanın zəhəri bədəninə yerisə də, Kan sonradan sağala bilib.

- Ağ balina Mila

Mila balinalarla dolu soyuq suda dalğıclıq edən 26 yaşlı dalğıcı donmaqdan xilas edərək, onu suyun üzərinə çıxarıb. Balinanın ağzı yumşaq olduğundan dalğıc heç bir xəsarət almayıb.

- Donuz Lulu

Küçəyə çıxaraq insanları öz ardınca gətirən Lulu, bu yolla infarkt keçirərək huşsuz vəziyyətdə yerdə yıxılıb qalan sahibini xilas edib.

- Alman iti Budi

Budinin xəstəlik ucbatından tez-tez huşunu itirən sahibi ona 911-i yığmaqla, təcili yardıma müraciət etməsini məşq etdirir. Budi günlərin birində huşunu itirən sahibini 911-i yığaraq ulamaqla xilas edib.

- Tutuquşu Vili

Vili şirniyyatdan boğulmaq təhlükəsi ilə üzləşən 2 yaşlı körpəni “ana, uşaq” deyə qışqıraraq, xilas edə bilib.

- Keçi Mani

Mani insanların çox az olduğu ərazidə ayağı çıxaraq yeriyə bilməyən sahibini xilas edib. O, 5 gün ərzində sahibini südüylə bəsləyib, ona sarılaraq soyuqdan qoruyub.

- Qızıl RetriverTobi

Sahibindən boğulma hallarında yardımla bağlı təlim alan 2 yaşlı Tobi meyvədən boğularaq ölmək təhlükəsi ilə üzləşən sahibini xilas edib.

- Körpənin xilaskarı it

Səudiyyə Ərəbistanında zibil qutusu yaxınlığında göbəyi belə kəsilməyən körpəni taparaq xilas edib.

Aytən Novruzova / Metbuat.az