İraqın Mosul şəhərində İŞİD-ə qarşı əməliyyatlar davam etdirilir.

Metbuat.az xəbər verir ki, İraq ordusunun Mosulun “Köhnə şəhər” bölgəsində terrorçu qruplaşmaya qarşı apardığı əməliyyatlar nəticəsində yerli sakinlər ərazidən qaçmağa başlayıb. İraq höküməti yerli sakinlər arasında İŞİD üzvlərinin də ola biləcəyi haqda vətəndaşlara xəbərdarlıq edib.

Qeyd edək ki,əməliyyatlar nəticəsində Mosulun tarixi məscidi sayılan "Böyük Nuri" məscidi üzərində nəzarət ələ keçirilib.

İraq ordusu İŞİD terrorçularında Mosulun daha bir rayonunu azad edib

Aytən Novruzova / Metbuat.az