Donald Tramp Ağ Evdə görüşdüyü Cənubi Koreyanın naziri
Moon Jae ilə birgə mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Şimali Koreyanı
tənqid edib və dolayısı ilə müharibə siqnalı verib.
“Şimali Koreya rejiminə qarşı strateji səbir dönəmi uğursuz oldu.
Doğru demək lazımdırsa, artıq səbir sona çatdı. Müttəfiqlərimizi və
öz vətəndaşlarımızı Şimali Koreyadan qorumaq üçün diplomatik,
təhlükəsizlik və iqtisadi tədbirlərlə bağlı Cənubi Koreya və
Yaponiya ilə birgə çalışırıq”, - deyə o bildirib.
Tramp Şimali Koreyanın nüvə və ballistik raket proqramlarına sərt
cavab veriləcəyini qeyd edib.
Asif