Bakıda oğurluğa cəhd edilib. Lent.az xəbər verir ki, Zeytun küçəsində yaşayan 32 yaşlı Amid Tarverdiyev polisə müraciət edərək bildirib ki, gecə saat 03 radələrində naməlum şəxsin pəncərəni açaraq evə soxulmaq istədiyini hiss edib. ev sahibi qışqırıb səs-küy salan kimi həmin şəxs qaçıb.
A.Tarverdiyev evə daxil olmaq istəyən şəxsin tutularaq cəzalandırılmasını xahiş edib.
Araşdırma aparılır.