Boliviya prezidenti Evo Moralesi sosial şəbəkələrdə ölümlə hədələyirlər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ölkənin rabitə naziri Xisela Lopes bildirib.
“Ölkəyə bildirirəm, son saat və günlərdə bizim prezidentimiz, inqilabın əsas lideri, Boliviya demokratiyasının müdafiəçisi və imperiya (ABŞ) ilə qarşıdurmanın beynəlxalq liderlərindən birinə ölüm təhdidləri edilir”, - Lopesin bəyanatında deyilir.
Nazir prezidentə edilən təhdidlərdən iki nümunə gətirib. Onun sözlərinə görə, təhdidlərin müəllifləri “Saimon” və “Exorcismo Bebe” adları ilə gizlənirlər. Xisela Lopes dövlət başçısının ünvanına təhdidlər barəsində araşdırmanın başlanıb-başlamadığına aydınlıq gətirməyib.
Ömər