Şimali Koreya növbəti raket sınağı keçirib.

Metbuat.az xəbər verir ki, paytaxt Pxenyanın şimalından atılan raket 37 dəqiqə ərzində 930 km yol məsafə qət edərək Yapon dənizinə düşüb.

Artıq ABŞ, Yaponiya və Cənubi Koreyadan sınaqla bağlı sərt açıqlamalar verilib. Dünya liderləri 2 gün sonra Almaniyada başlayacaq “Böyük İyirmiliy”in sammitində Şimali Koreyaya qarşı atılacaq addımların müəyyənləşdiriləcəyini bildirib.

Qeyd edək ki, Şimali Koreya son 2 ay ərzində 4 raket sınaqdan keçirib.

ABŞ müharibənin siqnalını verdi: Şimali Koreya vurulacaq-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az