Dağıstan cəzaçəkmə xidmətinin rəis müavinin meyiti kabinetində aşkarlanıb
Paylaş
77 baxış·1 dəq oxu
Bakı. 4 iyul. REPORT.AZ/ Rusiya Federal Cəzaçəkmə Xidmətinin Dağıstan Respublikası üzrə idarəsi rəsinin müavini, polkovnik-leytenant Nəriman Yarəliyevin meyiti iş otağında aşkar edilib. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Federal Ləzgi milli-mədəni muxtariyyətinin saytında məlumat yayılıb. İnformasiyaya əsasən, meyitin üzərində çoxsaylı fiziki xəsarət izləri aşkar edilib.