Şimali İraq kürd muxtariyyəti Türkiyəyə qarşı növbəti dəfə ərazi iddiası ilə çıxış edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, muxtariyyətə aid telekanalın müstəqillik referendumu ilə əlaqədar aparılan kampaniya çərçivəsində təqdim etdiyi xəritə qalmaqal yaradıb.
Xəritədə Türkiyənin cənub-şərqi vilayətləri də yer alıb.
Qeyd edək ki, muxtariyyətin İraqdan ayrılmasını nəzərdə tutan referendum sentyabrın 25-nə təyin edilib.
Beləliklə, Yaxın Şərqin xəritəsi yenidən çəkilməyə başlanıb. Şimali İraq regional kürd müxtariyyətinin başçısı Məsud Bərzaninin müstəqillik haqqında referendumun keçirilməsi barədə qərarı Yaxın Şərqdə çoxları tərəfindən təşvişlə qarşılanıb. Qərar faktiki olaraq Türkiyəni bir neçə hissəyə bölən Sevr müqaviləsinin ruhunu diriltmək cəhdi kimi qiymətləndirilir.