"Biz hələ də evliyik, nikahdayıq və qanunla onun arvadıyam. Amma onu düşünmürəm. Mənə xəyanət etdiyini bilirəm. Eynimə deyil, çünki bu adama əsla dəyər vermirəm".
32 yaşlı amerikalı Melissa Miks belə deyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Ceremi Miks 2014-cü idə ABŞ-da həbs olunarkən polis idarəsində çəkilmiş fotosu sosial şəbəkələrdə yayılan və "dünyanın ən cazibədar cinayətkarı" kimi tanınmış Ceremi Miksin xanımıdır.
Ceremi Miks bu fotosunun sayəsində populyarlaşdı və həbsxanadan çıxandan sonra model karyerasına başladı.
32 yaşlı Ceremi Miks indi britaniyalı milyarder, ser Filipp Qrinin qızı, 26 yaşlı Hloya Qrinlə birlikdə Türkiyədə dincəlir.
Onlar sevgilidirlər.
TopShop şəbəkəsinin sahibi F.Qrinin 5,1 milyard dollarlıq varidatı var.
Hloya Qrin əfsanəvi modelyer Roberto Karvavallinin oğlu Robert Karvallinin nişanlısıdır.
38 yaşlı Melissa Miksin dedtiyinə görə, ABŞ-ın Müstəqillik Günü olan iyulun 4-ü əri ilə yox, 3 övladı - Elianna, Robert və Ceremi ilə bacısı Mişel Kerlin evində bayram edib.
Melissa Los-Anceles şəhərinin yaxınlığındakı Mantekada, 317 min dollarlıq evdə yaşayır.
Hloya Qrin və Ceremi Miks dünən Türkiyənin Bodrum sahillərində, "Hazar Yıldızı" ("Xəzər ulduzu") yaxtasında dincəliblər. Bu superlüks yaxtanın həftəlik kirayə qiyməti 150 min dollardır.
Milli.Az