Burak Özçivit bal ayında Fahriye Evcenə qarşı diqqətsiz davranıb.

Publika.az xəbər verir ki, dünyanın bir çox ölkələrində tanınan cütlük Maldiv adalaırnda da paparatsilərdən yaxa qurtara bilməyib. Burak Özçivit ilə Fahriye Evcen bal ayı üçün getdikləri Maldiv adalarından qayıdarkən paparatsilərin kameralarına tuş gəlib. Həmin görüntülərdə Burakla Fahriyebnin bir-birinə qarşı olan laqeydiliyi diqqət çəkib.

Onların instaqram səhifələrində birlikdə deyil, tək şəkillərini paylaşması da sosial şəbəkələrdə söz-söhbətə səbəb olub.

Xatırladaq ki, Burakla Fahriye Maldiv adalarında qaldığı hotelin bir günlük qiyməti 10 min lirədir (təxminən 5 min manat).

İddialara görə, kino ulduzları səyahət agentliyini instaqramda reklam etmək üçün müqavilə imzalayıb və pul ödəməyib.

Aytən