Dünya ulduzları xeyriyyə gecəsində göz qamaşdırdı - FOTO

Dünya ulduzları xeyriyyə gecəsində göz qamaşdırdı - FOTO
16:18 6 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bella Hadid, Kendal Jenner, Emili Ratajovski, Keyt Moss, Kristen Danst və digər ulduzlar dünən “Vogue” dəb jurnalının şam yeməyində iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Paris Moda Həftəsinin proqramı çərvivəsində təkcə yeni kolleksiyaların nümayişi keçirilmir, həm də bütün dünya ulduzlarının dəvət olunduğu tədbirlər və ziyafətlər təşkil olunur.

Dünən Qalera muzeyində xeyriyyəçilik məqsədilə şam yeməyi keçirilib. Bir çox ulduzlar gecə üçün qara rəng paltar seçsə də, hər zaman və istənilən yerdə obrazları ilə fərqlənməyə and içən Bella Hadid önü qısa, arxasında uzun şleyfi olan narıncı libası ilə göz qamaşdırıb.

Keyt Moss gecəyə ötən il ayrıldığı deyilən Nikolay fon Bismarkla birlikdə gəlib.

Kara Delevini isə "Valerianlardan və minlərlə planeti olan şəhər" filmində tərəf müqabili olduğu Deyn Dexan müşayiət edib.

Aytən

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR