Müğənni Tarkanın həyat yoldaşı Pınar Tevetoğlu əri ilə bağlı maraqlı açqılama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin konsertini izləyən Pınar müxbirlərdən birinin "Ərinizin minlərlə qadın fanatı var. Onunla ailəli olduğunuz üçün nə qədər bəxtəvərsiniz" sözlərinə belə cavab verib:

"Bəlkə elə mənimlə evləndiyi üçün bəxti gətirən Tarkandır".

Xatırladaq ki, Tarkanla Pınarın toyu ötən ilin mayında baş tutub.

Milli.Az