Əllərindəki yanıq səbəbi ilə xəstəxanaya müraciət edən şəxs həkimlərin qoyduğu diaqnozdan şoka düşüb.

Metbuat.az xəbər verir ki, həkimlər yanığın limon suyunun təsirindən olduğunu açıqlayıb. Belə ki, Adam Levyinin əllərinə dəhşətli dərəcədə su yığılaraq böyüməyə başlayıb. Dərhal xəstəxanaya gedən 52 yaşlı şəxsə həkimlər ikinci dərəcəli yanıq diaqnozu qoyub. Yanığa səbəb kimi limon suyu göstərilib. Əllərinə çoxlu limon suyunun dəyməsi yaşlı kişidə allergiyaya səbəb olub. İki uşaq atası qonaqlıqda yalın əllə çoxlu limon sıxdığını təsdiqləyib. Bu kimi halın bir daha baş verməməsi üçün həkimlər limonu açıq əllə sıxmamağı məsləhət görüblər.

Qeyd edək ki, müalicədən sonra xəstənin əlləri sağalıb.

Sərdar Məmmədov / Metbuat.az

Dilənçinin üstündən çıxanlar - HƏR KƏSİ ŞOK ETDİ ... / VİDEO - Oxumaq üçün tıkla