Birləşmiş Millətlərin (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) dünyada 710 milyon insanın yaşadıqları ölkədən köçmək istədiyini, 23 milyon insanın isə bunun üçün hazırlıqlar gördüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, təşkilat 160-dan çox ölkədə apardığı araşdırmalar sayəsində bu nəticəyə gəlib.

Araşdırmalarda iştirak edən insanlar “imkanınız olsa, geri dönməmək şərtilə başqa bir ölkəyə köç edərdinizmi”, “gələn il başqa ölkəyə köçmək planınız varmı” suallarını cavablandırıblar.

Verilən cavablara görə 710 milyon insanın başqa ölkədə yaşamaq istədiyi, 66 milyon insanın 1 il içində köçməyi planladığı, 23 milyon insanın isə bu yöndə hazırlıqlar gördüyü ortaya çıxıb.

Açıqlamada köç etmək istəyən insanların getməyi ən çox istədiyi ölkələrin ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Fransa, Kanada, Almaniya, Cənubi Afrika olduğu bildirilib.

Köç etmək istəyənlər Nigeriya, Hindistan, Konqo, Sudan, Banqladeş və Çinə məxsus vətəndaşlardır.

Avropa qitəsindən ən çox köç etmək istəyən xalqlar isə ispanlar və italyanlardır.

Daha bir diqqət cəlb edən məqam isə köçmək istəyən insanların çoxunun şəhərlərdə yaşaması, ən az orta təhsilli və subay olmasıdır.

Zümrüd