"Ermənistan növbəti dəfə təxribata əl atarsa..."

ATƏT-in Minsk Qrupunun həmsədrləri 2017-ci ildə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyi təklif ediblər.

Bununla bağlı təklif iyulun 11-də Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşündə irəli sürülüb.

Metbuat.az-a açıqlama verən siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirli bildirib ki, danışıqlar naminə danışıqların təşkili olmamalıdır:

“Ermənistan ordusunun son hərbi cinayətindən sonra Brüsseldə Xarici işlər nazirlərinin görüşünün keçirilməsi sual altında qalmışdı. Amma həmsədrlər proseslərin hansı istiqamətdə gedəcəyini hesablaya bildilər. Gördülər ki, belə bir görüş keçirilməsə, müharibə versiyası daha da aktuallaşa bilər. Bu səbəblə çalışdılar ki, Xraici işlər nazirlərinin görüşünü təşkil edələr. Həmsədrlərin niyəti ondan ibarət idi ki, Xarici işlər nazirlərinin görüşünə nail olub, bir müddət sonra prezidentlər səviyyəsində görüş təşkil etsinlər. Ümid edirlər ki, belə görüşlər münaqişənin müharibəyə çevrilməsinin qarşısını ala bilir.

Danışıqar naminə danışıqlar...

Prezidentlərin son görüşü aprel döyüşlərindən sonra, 2016-cı ilin iyun ayında Sankt-Peterburqda olub. Bir ildən çoxdur ki, prezidentlərin görüşü keçirilmir. Azərbaycan dövlətinin və ölkə Prezidentinin bu məsələ ilə bağlı qətiyyətli mövqeyi var. Mövqe ondan ibarətdir ki, danışıqlar naminə danışıqlara getməyin heç bir mənası yoxdur. İstisna deyil ki, il sonunda həmsədrlər prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar. Bu da Ermənistanın davranışından asılıdır. Ermənistan növbəti dəfə təxribata əl atarsa, hansı danışıqlardan söhbət gedə bilər? Həmsədrlər hər dəfə Ermənistanın təxribatlarına münasibətdə yalnız bəyanatla kifayətlənəcəklərsə, işğalçı dövlətdə olan arxayınçılıq sindromu daha da möhkəmlənəcək. Tarix göstərir ki, cinayətkar cəzasız qaldıqda arxayınlaşır, şirniklənir və növbəti cinayətlərə əl atır. Bütün bu reallıqları həmsədrlər qiymətləndirməlidirlər. Ermənisatanı danışıqlara cəlb edirlərsə, bu, artıq məzmunlu danışıqlar olmalıdır. Yalnız və yalnız konkret hədəflərə ünvanlanmış danışıqlar olmalıdır”.

İlham Əliyev bu sözlərlə Ermənistanı diz çökdürdü- Diplomatik qələbə - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR